Simonyan sərt danışdı: Növbəti “Vazgen Manukyan 2” təşkil etmək istəyirlər

“Biz müxalifətin yalançı gündəminə xidmət etməməliyik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

O bildirib ki, vətəndaşlar hökumətə və baş nazirə güvənir.

“Bizim belə bir sualı müzakirə etmək üçün heç bir səbəbimiz yoxdur. Biz formallıq etmirik. Növbəti “Vazgen Manukyan 2” təşkil etmək istəyirlər. İndi onun yerinə Baqrat Qalstanyan gətirilib. Ancaq tələblər, tərəfdarların sayı eyni qalıb. Müxalifət istər xalqın dəstəyi, istərsə də fəaliyyəti nöqteyi-nəzərindən daha çox şeyə qadir olmadığını anladığı üçün etimadsızlıq səsverməsi təşəbbüsü ilə çıxış etməkdənsə, mesaj vermək istəyir”, – deyə Simonyan vurğulayıb.

Parlamentin spikeri Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendumun keçirilməsi təklifini tələb olunan hesab edib.

O,  bir sıra siyasi qüvvələrin və ictimai təşkilatların ölkənin Aİ-yə üzvlüklə bağlı referendum keçirmək təklifini maraqlı və populyar adlandırıb. Simonyanın sözlərinə görə, erməni xalqı Avropa İttifaqında mövcud olan dəyərlər sistemini bölüşsə də, hakim partiya bu məsələni müzakirə etməyib.

Müşviq Tofiqoğlu
Globalinfo.az