Paşinyandan Bakıya “müsbət mesaj”: “Geri çəkilirik”

“Hazırda Azərbaycana qarşı beynəlxalq məhkəmələrə verilən şikayətlərdən imtina edilməsi müzakirə olunur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 12-də keçirilən mətbuat konfransında deyib.

Baş nazir bildirib ki, bu məsələ danışıqlar prosesi çərçivəsində də müzakirə olunub:

“Bakı və İrəvanın sülh müqaviləsinin müddəalarını tam razılaşdırdığı və imzalamağa hazır olduqları zaman sözügedən mövzu həllini tapa bilər, çünki tərəflər sülh sazişi imzalayırsa, niyə bir-birilərinə qarşı hüquqi müstəvidə mübarizəni davam etdirsinlər ki?! Ermənistan üçün bu, vacib məsələdir. Müqavilə imzalanacağı zaman hər iki tərəf beynəlxalq müstəvidə bu addımı atmalıdır”.

Qeyd edək ki, Ermənistan Azərbaycan torpaqlarının işğalı və eləcə də işğaldan sonra müharibə cinayətlərinə yol verib. Paşinyanın bu açıqlamasını İrəvanın cinayət məsuliyyətindən yayınma cəhdi kimi qiymətləndirmək olar.

Ayşən Mustafa
Globalinfo.az