Szinpin Azərbaycanla münasibətlərdən danışdı

si cinpin

Çin-Azərbaycan münasibətləri daim dəyişən beynəlxalq vəziyyətə baxmayaraq möhkəm və sabit olaraq qalır.

Globalinfo.az-ın Çin KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı bildirib.

O qeyd edib ki, iki ölkənin münasibətlərində yeni səhifə açılmalıdır.

Çin lideri vurğulayıb ki, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılmasına start verilib:

“Bir sıra əməkdaşlıq sənədlərinin imzalanması ikitərəfli münasibətlərin genişlənməsinə kömək edir. İnanıram ki, sizin (Prezident İlham Əliyevin – red.) səfəriniz məhsuldar nəticələr verəcək”.