Seymur Mərdəliyev Kliçko ilə görüşdü – FOTO

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Kiyevin meri Vitaliy Kliçko ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, səfir bu barədə “X” hesabında paylaşım edib.

“Azərbaycan və Kiyev arasında əməkdaşlığın, eləcə də qardaş şəhərlər Bakı və Kiyev arasında tərəfdaşlığın gücləndirilməsinə dair məhsuldar fikir mübadiləsi həyata keçirdik. Səmimi qonaqpərvərliyə görə mer Kliçkoya minnətdarlığımı bildirirəm”, – deyə səfir bildirib.