Şəxsi maşınları onlar əvəz edəcək –  “…uzun müddət”

avtomobil

Paytaxt küçələrində avtobus zolaqları salınandan sonra avtomobillərin sayında azalma müşahidə edilir. Bəzi vətəndaşlar əvvəlki vaxtlarla müqayisədə məkana daha rahat çatdıqlarını vurğulayır, hətta avtomobillərdən imtina haqqında düşünürlər. Bildirilir ki, insanlar tıxacda vaxt itirmək əvəzinə avtobusdan istifadəyə üstünlük verə bilərlər.

Bu proses maşın bazarına necə təsir edəcək?

Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, paytaxtın mərkəzində avtomobillərlə səfər edənlərin sayı azalıb:

“İctimai nəqliyyatın avtobus seqmentində keyfiyyətin yüksəlməsi əsas faktorlardan biridir. Həm də avtobus zolaqlarının çəkilməsi, marşuruta buraxılan avtobus sayının artırılması da təsiredici amillərdir”.

eldenizceferov 1667387582

Eldəniz Cəfərov

Ekspert bildirib ki, sözügedən proses avtomobillərə tələbatı azaltmayacaq:

“Sadəcə maşınla şəhər daxilində səfərlərin sayına təsir edəcək. Avtomobillərə tələbat isə başqa amillərdən asılıdır. İqtisadiyyat artanda, əhali sayı çoxalanda nəqliyyat vasitələrinə həmişə ehtiyac duyulur. Fikrimcə, avtomobillərə tələbat hələ uzun müddət davam edəcək”.

Əliyar Xəlil
Globalinfo.az