Sərxan Kamallı dəfn edildi – FOTOLAR

Bu gün səhər saatlarında dünyasını dəyişən jurnalist Sərxan Kamallı dəfn olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, jurnalist Sərxan Kamallı doğulduğu Yevlax rayonunda torpağa tapşırılıb.

Mərhumun vida mərasimi Yevlax şəhərində keçirildikdən sonra onun cənazəsi rayonunun Qoyunbinəsi kənd qəbiristanlığında dəfn olunub. Mərasimdə jurnalistin doğmaları, məsləkdaşları və rayon sakinləri iştirak edib.

Xatırladaq ki, 41 yaşlı jurnalist Sərxan Kamallı ötən gün səhər saatalrında insult səbəbilə Xətai Tibb Mərkəzin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, bu gün səhər saatlarında beyindaxili qansızma, sol tərəfli hemiplegiya, baş-beyin ödemi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib.

Jurnalist Sərxan Kamallı dəfn olunub - FOTO Jurnalist Sərxan Kamallı dəfn olunub - FOTO Jurnalist Sərxan Kamallı dəfn olunub - FOTO Jurnalist Sərxan Kamallı dəfn olunub - FOTO
Jurnalist Sərxan Kamallı dəfn olunub - FOTO

***10:00

Tanınmış jurnalist Sərxan Kamallının ölüm səbəbi açıqlanıb.

Globalinfo.az bildirir ki, Kliniki Tibbi Mərkəzdən Oxu.Az-a verilən məlumata görə, 1983-cü il təvəllüdlü jurnalist Sərxan Kamallı iyunun 16-sı saat 6:25-də insult səbəbilə Xətai Tibb Mərkəzinin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

“Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, iyunun 17-si saat 7:15-də beyindaxili qansızma, soltərəfli hemiplegiya, baş-beyin ödəmi, ağciyər ödəmi səbəbindən dünyasını dəyişib”, – məlumatda bildirilir.

X X X

Baku TV-nin əməkdaşı Sərxan Kamallı vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə tanınmış jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıb.

Onun ötən gün insult keçirməsi səbəbindən Xətai Tibb Mərkəzinə yerləşdirildiyi, komatoz vəziyyətdə olduğu bildirilirdi.

Qeyd edək ki, Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi. Daha əvvəl o, bir çox media qurumlarında çalışıb.