
Ermənistanın keçmiş prezidenti Serj Sərkisyana qarşı rüşvət alma və sahibkarlıqda qanunsuz fəaliyyət ittihamı irəli sürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
“Xüsusilə külli miqdarda rüşvət almaqda və qanunsuz olaraq sahibkarlıq fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Ermənistanın keçmiş prezidentinə qarşı cinayət işi məhkəməyə göndərilib”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az