BMT-dən Yaxın Şərq AÇIQLAMASI: “Bu, insanlığa xəyanətdir”

“Yaxın Şərqdəki vəziyyət insanlığa xəyanətdir.

Globalinfo.az xəbər verir ki, bunu BMT Baş katibinin müavini Martin Qriffits Yaxın Şərqdəki vəziyyəti şərh edərək deyib.

O, müharibənin başa çatmasının gecikdiyini bildirib.

“Qəzzə əhalisi üçün 6 aylıq müharibə ölüm, dağıntı və aclıq gətirib. Bu, insanlığa xəyanət hesab olunacaq bir məsələdir. İnsanlar üçün bu altı ay kədər və işgəncə ilə keçib”, – deyə Qriffits vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az