15407e73 2400 4ea1 818a 225e5d6a0885

Ermənistanın Azərbaycanla sərhəd kəndlərdə yaşayan sakinlərinə gülləkeçirmək jilet paylanılır. 

Globalinfo.az xbər verir ki, bu istiqamətdə “Milli zireh” layihəsinin  başladıldığı bildirilir.

Məlumata görə, sərhəddə yerləşən bir neçə kəndə artıq jiletlər və tibbi yardım çantaları paylanılıb.

Jiletlərin sərhəd xətlərində yaşayan sakinləri ekstremal vəziyyətlərdən qoruması üçün verildiyi deyilib.

Lakin jiletləri paylayan qrupun bunu kimin göstərişi və nəyə əsasən etdiyi məlum deyil.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: