Son dəqiqə: Ermənistanın itkiləri artdı – YENİLƏNDİ

Zod istiqamətində gedən döyüşlərdə 4 erməni hərbçisi yaralanıb. Onlardan ikisinin vəziyyəti orta-ağır, ikisinin isə qənaətbəşdir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

***07:47

Saat 08:00-a olan məlumata görə, erməni tərəfinin 3 yaralısı var.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

***

Mayın 10u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin sərhəddə təxribat törətməsi nəticəsində 2 erməni hərbçi yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Mayın 10–u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.

Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.