Xankəndidəki separatçılar Bakıya gəlir? – CAVAB

Xankəndidəki separatçı rejim Bakıda Azərbaycan nümayəndələri ilə görüş təklifini qəbul etməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat separatçı rejimin saxta “xarici işlər nazirliyinin” “bəyanatında” yer alıb.

Separatçılar Bakı ilə əvvəlki kimi Xocalıda, Rusiya sülhməramlıları vasitəsilə görüş keçirməyə hazır olduqlarını bildiriblər.

İlkin Həsənov
Globalinfo.az