Separatçılar Qarabağla bağlı istəklərini açıqladılar – 6 MADDƏ

“Qarabağda böhran hər ötən saat dərinləşir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri separatçı Ruben Vardanyan yazıb.

O, vəziyyətdən çıxmaq üçün separatçıların “arzularını” dilə gətirib:

1) Humanitar hava dəhlizinin açılması. BMT-nin və digər beynəlxalq təşkilatların humanitar missiyaları Xankəndiyə birbaşa gəlmək və kömək etmək imkanlarına sahib olmalıdırlar.

2) Tezliklə Qarabağa BMT və digər (AŞPA, Aİ) təşkilatların komissiyası göndərilməlidir.

3) Vaşinqtondan Parisə və Moskvaya qədər beynəlxalq vasitəçilər Bakıya təzyiq göstərməlidir.

4) Rusiya sülhməramlı missiyası BMT-dən rəsmi mandat almalıdır. BMT həmçinin bu missiyanın genişləndirilməsi məsələsinə baxa bilməlidir, məsələn, Çin sülhməramlılarının cəlb olunması yolu ilə…

5) Böhranın (?) nə qədər humanitar xarakterindən bəhs edilsə də, problemlərin siyasi və tarixi kökləri də var.

6) Bütün dünyada məşhur və nüfuzlu ermənilər, həmçinin xalqımızın dostları baş verənlərə diqqət cəlb etmək üçün öz fəal mövqelərini göstərməlidirlər.

Qeyd edək ki, istər Ermənistan hakimiyyəti, istərsə də Qarabağdakı separatçılar daha əvvəl müxtəlif şərtlər, tələblər irəli sürsə də, rəsmi Bakı onları reallıqla hesablaşmağa məcbur edib.

Tamerlan Yayaqan
Globalinfo.az