SEPAH-dan İsrailə: “Bu, açıq-aşkar təcavüzdür”

6576f33f1892a6576f33f1892b17022943356576f33f189286576f33f18929

“ABŞ və İsrail Suriyadakı qeyri-sabitlikdən istifadə edir”.

Globalinfo.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.

SEPAH İsrail ordusunun Suriyaya zərbələrini pisləyib və ölkənin cənubunda ərazilərin ələ keçirilməsini açıq-aşkar təcavüz aktı adlandırıb.

Bildirilib ki, ABŞ və İsrailin addımları yalnız müqavimət oxunu birləşdirir.

Qeyd edək ki, İsrail ordusu 1974-cü il müqaviləsinin şərtlərini pozaraq Suriyanın cənubundakı Qolan təpələrini və ona bitişik bir sıra rayonları nəzarəti altına alıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az