sehid atasi

Vətən müharibəsi şəhidi, kapitan İlkin Nəcəfovun atası Misirxan Nəcəfov vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, yaşadığı Salyan rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, İ.Nəcəfov 1989-cu ildə Salyanın Şikarlı kəndində anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirdikdən sonra zabit kimi xidmət edib. 2020-ci il oktyabrın 16-da Hadrut istiqamətində gedən döyüşlərdə yaralanmış əsgərini döyüş meydanından çıxararkən qəhrəmancasına şəhid olub.

“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

z 7sf 3238760398

Paylaş: