“Türkiyə İsraillə İran arasındakı konfliktdən bəhrələnməyə çalışmır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Ankaradakı səfiri Cef Fleyk deyib.
Onun sözlərinə görə, ABŞ Türkiyənin Fələstinlə münasibətlərini inkişaf etdirməsini dəstəkləyir.
ABŞ səfiri Türkiyə-Ermənistan münasibətlərinə də toxunub. O, Ermənistanla sərhədin açılmasının Bakı və İrəvan arasındakı prosesi də irəli aparacağını bildirib.
Fleyk Konqresdə hər keçən gün Türkiyə əleyhdarlarının azaldığını söyləyib.
Səfir etiraf edib ki, Türkiyə ABŞ-ın danışıqlar apara bilmədiyi qruplarla müzakirələrə qoşulmaq imkanına sahibdir.
Əliyar Xəlil
Globalinfo.az