Səfirdən Cənubi Qafqaz açıqlaması: İrana birbaşa təsiri var

“Cənubi Qafqazda qüvvələr balansı yaradılmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz dünyanın strateji regionlarından biridir.

“Cənubi Qafqaz Avropa, Asiya və Yaxın Şərqin qovşağında yerləşir və bu, onu əhəmiyyətli geosiyasi mərkəzə çevirir. İran Cənubi Qafqazda sabitliyin, sülhün və təhlükəsizliyin bərqərar olmasının tərəfdarıdır. Çünki istənilən qeyri-sabitlik İrana birbaşa təsir edir”, – Sübhani vurğulayıb.

Əliyar Xəlil,
Globalinfo.az