
Türkiyə Superliqasında XXXVII tura start verilib.
Globalinfo.az xəbər verir ki, çempionluğu ötən tur təmin edən “Qalatasaray” səfərdə “Göztəpə” ilə qarşılaşıb.
Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qalib gələn “Qalatasaray” komandasının avtobusu futbolçularla stadiondan çıxarkən Göztəpə azarkeşi tərəfindən daş-qalaq edilib, avtobusun şüşəsi sınıb.

Komanda avtobusuna daşla hücum edən azarkeş qaçıb.
Hadisəni törədən şəxsin tutulması üçün araşdırmalara başlanılıb.
Qeyd edək ki, turun digər qarşılaşmasında “Kasımpaşa” “Qaziantepspor”la 2:2 hesablı bərabərliyə razılaşıb.