Aİ Prezidenti: “Azaraq sərhədi keçən hərbçilər…”

Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan Brüssel görüşündə humanitar məsələlər də müzakirə edilib.

Globalinfo.az “APA” xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişelin bəyanatında qeyd olunub.

Bildirilib ki, görüş zamanı qarşıdakı həftələrdə saxlanılanların azadlığa buraxılmasına dair anlaşma əldə edilib.

“Mən həmçinin sadəcə olaraq azaraq sərhədi qarşı tərəfə keçmiş əsgərlərin sürətli prosedurlarla azad edilməsinin davam etməsinə dair qarşılıqlı anlaşmanın qorunmasına ehtiyacı vurğuladım. Biz həmçinin itkin düşmüş şəxslərin taleləri və minaların təmizlənməsi işlərinin sürətləndirilməsinin vacibliyini müzakirə etdik”, – Şarl Mişel vurğulayıb.