Beynəlxalq Yol Federasiyasının Ümumdünya Konqresi çərçivəsində Ermənistanın ərazi idarəetmə və infrastrukturlar naziri Qnel Sanosyan Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraroğlu ilə ikitərəfli görüş keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Daha əvvəl xəbər verilmişdi ki, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan oktyabrın 15-16-da Beynəlxalq Yol Federasiyasının Ümumdünya Konqresində iştirak üçün Türkiyənin İstanbul şəhərinə ezam olunub.
Müşviq Tofiqoğlu
Globalinfo.az