Sabah Priqojin Putinlə yemək yeyəcək

“Vaqner” RMC-nin rəhbəri Yevgeni Priqojin sabah  Rusiya prezidenti Vladimir Putinlə təkbətək şam yeməyinə qatılacaq. Lakin bu barədə bu gün Rusiyanın bəzi Telegram kanalları məlumat yayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə bu gün Rusiyanın bəzi Telegram kanalları məlumat yayıb.

Bildirilib ki, Priqojin hazırda Sankt-Peterburqdadır və Afrika ölkələrinin rəhbərləri ilə gizli görüşlər keçirir.

Həmçinin, sabah Priqojinin Afrika ölkələrinin liderlərinin forumunda olacağı və Putinin təşkil etdiyi şəxsi şam yeməyində iştirak edəcəyi də gözlənilir.