Sərhəd delimitasiyası üzrə Komissiyanın iclası Brüsseldə keçirilə bilər

Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası üzrə komissiyaların iclasının Brüsseldə oktyabrın sonunda keçirilməsini təklif edib.

Globalinfo.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Twitter”də bildirib.

“Ermənistan Azərbaycana oktyabrın 31-də Brüsseldə sərhədin delimitasiyası və sərhəd təhlükəsizlik üzrə komissiyalarının iclasının keçirilməsini təklif edib”, – deyə Ermənistan hökumət başçısı qeyd edib.