Səmərqənddə TDT XİN başçılarının iclası keçirilir – FOTOLAR

 

Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası başlayıb.

Globalinfo.az bildirir ki, bu barədə TDT məlumat yayıb.

Sözügedən iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

Zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana “Türk Dünyasının ali medalı” və Özbəkistanın Milli medalı təqdim olunacaq.

Qeyd edək ki, bugünkü iclasda noyabrın 11-də keçiriləcək TDT ölkələri liderlərinin zirvə toplantısının gündəliyi və imzalanacaq sənədlər müzakirə edilir.

Səmərqənddə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilirSəmərqənddə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir