bryansk

Rusiyanın Bryansk vilayətinə növbəti dəfə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Boqomaz teleqram kanalında yazıb.

O bildirib ki, Rusiya ordusunun elektron döyüş sistemləri Ukraynaya məxsus PUA-ları zərərsizləşdirib: “Hücum nəticəsində dağıntı və itki olmayıb”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bir müddət əvvəl də Bryansk vilayətinə Ukrayna tərəfinin PUA-larla hücum etdiyi barədə məlumat yaymışdı.

Paylaş: