fr0rpng 1697027075

Fransada könüllü hərbi xidmətin tətbiqi gerçəkləşsə, vəziyyətə nəzarət etmək lazım gələcək.

Globalinfo.az xəbər verir ki, bu fikri Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Qriqori Karasin bildirib.

Komitə sədri qeyd edib ki, Fransanın hazırda belə bir addım atmaq üçün ciddi bir səbəbi yoxdur, lakin buna bənzər qərar verilərsə, bu Rusiya üçün mesaj olmalıdır.

“Həmin qərar təsdiqlənsə, biz bunun Fransada əslində nə demək olduğunu görməliyik. Makronun bu addımla nə demək istədiyini və ya bunun necə işləyəcəyini tam başa düşə bilmirəm”, – senator deyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: