Rusiyadan BMT-nin Qarabağa göndərdiyi missiyaya reaksiya

Rusiya BMT-nin Qarabağdakı bir günlük missiyasının nəticələrini təhlil edəcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

O, Moskvanın hesabatı gözlədiyini söyləyib.

Rusiyalı diplomat BMT-nin hələ ki Qarabağda hər hansı ciddi qanun pozuntusunu qeydə almadığını da vurğulayıb.