2023 07 06 17 32 58

Rusiyanın Novosibirsk şəhərində maraqlı hadisə baş verib. Belə ki, əyləncə parkında xarab olan attraksionda ən təpədə qalan insanlar çarxın əllə fırladılması yolu ilə xilas ediliblər.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, kabinədə yeddi nəfərin olduğu bildirilir. Onların heç biri xəsarət almayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. Kadrlar bir çox istifadəçilər tərəfindən gülüşlə qarşılanıb.

Paylaş: