Rusiyada inanılmaz olay: 10 yaşlı narkokuryer tutuldu


Rusiyanın Kurqan şəhərində 10 yaşlı uşaq narkotik alveri ilə məşğul olduğu üçün saxlanılıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, məktəbli və onun 32 yaşlı şəriki Vyaçeslav şəhərin üçüncü mikrorayonunda yaşayış binasının girişində yaxalanıblar.

Dördüncü sinif şagirdinin üzərində təxminən 100 qram karfentanil – güclü sintetik maddə aşkar edilib.

Vyaçeslava gəlincə, o əvvəllər narkotik vasitələrin yayılmasına görə məhkum edilib. Onun üzərində 11 qram karfentanil olub.

Müstəntiqlər narkotik alveri ilə məşğul olan şagirdin valideynləri ilə söhbət aparıblar.