Rusiya xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir-Abdullahian arasında yanvarın 17- planlaşdırılan danışıqlar təxirə salınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, danışıqlar tərəflərin razılığı ilə daha sonraya təxirə salınıb.
Qeyd edək ki, Lavrov və Abddulahiyan yanvarın 17-də Moskvada görüşüb Cənubi Qafqaz, Suriya, İranın nüvə problemi və ikitərəfli münasibətlərə dair müzakirələr aparmalı idilər.