Rusiya və BMT nümayəndələri Cenevrədə görüşür

Rusiya nümayəndə heyəti və BMT nümayəndələri Cenevrədə görüşəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə RİA “Novosti” BMT-dəki diplomatik mənbəyə istinadən bildirib.

“Gələn həftə Rusiya nümayəndə heyətinin Cenevrədə BMT nümayəndələri ilə görüşəcəyini gözləyirik”, – mənbə bildirib.

RİA “Novosti”nin məlumatına görə, görüşdə Rusiya taxılının və gübrələrinin ixracı ilə bağlı müzakirələrin aparılması gözlənilir.