Bakı və Moskva arasında müzakirə: masada Ermənistan var

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə Rusiya-Azərbaycan münasibətləri və perspektivləri əsaslı şəkildə nəzərdən keçirilib. Rusiya ilə Azərbaycan arasında 22 fevral 2022-ci il tarixində imzalanan Müttəfiqlik Bəyannamənin müddəalarının həyata keçirilməsi istiqamətində birgə addımların atılması müzakirə edilib.

Görüşdə Cənubi Qafqazdakı mövcud vəziyyət, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivləri də daxil olmaqla bir sıra regional və beynəlxalq mövzulara toxunulub.

Görüş Rusiya-Azərbaycan müttəfiqliyi və strateji tərəfdaşlığına uyğun ənənəvi dostluq və etimad şəraitində keçib.

Əliyar Xəlil
Globalinfo.az