BMT ABŞ və Rusiya arasında istənilən danışıqları dəstəkləyir.
Globalinfo.az xəbər verir ki, bunu təşkilatın nümayəndəsi Stefan Düjarrik deyib.
ABŞ və Rusiya arasında İstanbulda keçirilən görüş barədə sualı cavablandıran Düjariik qısa şərh verib:
“Biz bilmirik nümayəndə heyətləri arasında konkret olaraq nə danışılıb, lakin düşünürəm ki, ABŞ və Rusiya arasında qaranlıq qalan məsələlərin həlli üçün istənilən dialoq dəstəklənməlidir”, – o bildirib.
Aysel Əliyeva
Globalinfo.az