dmitriy peskov 131120 900x557 1

Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların hazırda dayandırıldığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərlə keçirdiyi brifinqdə danışıb.

O vurğulayıb ki, hazırda ABŞ-ın diqqət yetirməli olduğu bir çox başqa məsələ var:

“Bu, üçtərəfli məsləhətləşmələrin təşkilini olduqca çətinləşdirir. Moskva və Kiyev Vaşinqtonla ayrıca əlaqə saxlamağa davam edirlər. Tərəflər bu şəkildə fikir və məlumat mübadiləsi aparırlar”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: