Rusiya Silahlı Qüvvələrinin bölmələri Donetskin Aleksandrovka və Korovıy Yar şəhərləri yaxınlığında Krasnolimansk oxu boyunca irəliləyib və əraziləri ələ keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Donetsk “lideri” Denis Puşilin bildirib.
“Döyüş əməliyyatları başlayıb və bölmələrimiz bu istiqamətdə irəliləyir”, – Puşilin deyib.
Puşilin daha əvvəl Rusiya ordusunun Slavyanskdan cəmi bir neçə kilometr aralıda olduğunu bildirmişdi.
Tahir Turan
Globalinfo.az