Rusiya razılığa gəlmək niyyətindədir və bu məqamın qaçırılmaması vacibdir.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində danışıb.
Trampın sözlərinə görə, hazırkı vəziyyət danışıqlar üçün əla fürsət yaradır və Zelenski dərhal bu imkandan istifadə etməlidir. O qeyd edib ki, əgər Kiyev vaxtında hərəkətə keçməsə, mövcud şans itirilə bilər.
ABŞ Prezidenti hesab edir ki, münaqişənin diplomatik yollarla həlli mümkündür və tərəflər arasında razılaşma əldə etmək üçün siyasi iradə nümayiş etdirilməlidir.
Tramp əlavə edib ki, müharibənin uzanması daha böyük itkilərə səbəb olur və prosesin uzadılması heç bir tərəfin maraqlarına uyğun deyil.
Tahir Turan
Globalinfo.az