Sülhməramlılar bu rayondan çıxır, ərazi qaytarılır – VİDEO

Əliyev və Paşinyan bəzi məsələlərdə razılığa gəliblər.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyası sədrinin müavini Eduard Şarmazanov deyib.

“Mənim şəxsi qənaətimə görə, Əliyevlə Paşinyan aşağıdakı maddələr üzrə razılaşıblar:

  1. Qarabağ Azərbaycanın tərkibində tanınacaq;
  2. Ermənistan-Azərbaycan sərhədindəki bütün strateji yüksəkliklər Azərbaycanın nəzarətinə veriləcək;
  3. Azərbaycana Laçın, Sus və Zabux, Gorus-Qafan yolundan sonra bütün anklavlar, o cümlədən Kərki veriləcək;
  4. Rusiya sülhməramlıları Laçından çıxarılacaq;
  5. Ermənistan Türkiyənin tam nəzarətinə veriləcək.

Bütün bunların qarşısını Paşinyanın istefası ilə almaq olar. Buna yeganə geosiyasi maneə isə Rusiya və İran ola bilər. Əgər Nikol hakimiyyətdə qalsa, Ermənistan türk hipermarketinə çevriləcək”.

İlkin Həsənov
Globalinfo.az