media rusiya esger 3 hu7m62bnyalzks0fqo41

Rusiya hökuməti ölkədən potensial çağırışçıların çıxmasının qarşısını almaq üçün sistem hazırlayır.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hökumət Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Xidməti arasında informasiya mübadiləsi sistemini genişləndirir.

Sistemin 2024-cü ilin payızına qədər tam işə düşəcəyi vurğulanıb:

“Yüzminlərlə rusiyalı ölkəni 2022-ci ildə qismən səfərbərlik elanından sonra tərk etdi. Bu, ölkənin əmək bazarına mənfi təsir etdi. Sözügedən sistemin işə düşməsi, çox güman ki, yeni çağırış halında təkrarlanmasının qarşısını almaq üçündür”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: