
Rusiya Milli Qvardiyasının Rəqəmsal İnkişaf və Məlumatların Mühafizəsi Departamentinin rəhbəri, general-mayor Mixail Varensov Moskvada həbs olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından TASS agentliyinə məlumat verilib.
Bundan əvvəl bildirilmişdi ki, istintaq orqanları Varensovu xüsusilə böyük məbləğdə dələduzluq maddəsi üzrə cinayət işi çərçivəsində saxlayıblar.
“Hazırda general Mixail Varensovla istintaq hərəkətləri aparılır. Bu hərəkətlərin nəticəsinə əsasən onun barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməməsinə qərar veriləcək”, – deyə agentliyə bildirilib.
Qeyd edək ki, bir ay əvvəl həmin cinayət işi üzrə Rusiya Milli Qvardiyasının Baş İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Nikolay Çepkasov da saxlanılmışdı. Hər iki şəxsə qarşı xüsusilə böyük məbləğdə dələduzluq ittihamı irəli sürülüb. Bu maddə üzrə onlara 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Aysel Əliyeva
Globalinfo.az