“İranın uran ehtiyatlarının gələcək taleyinə yalnız Tehran qərar verməlidir”.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Moskvanın rəsmi mövqeyi ondan ibarətdir ki, İranın nüvə məsələsi yalnız diplomatik yollarla və İranın maraqları nəzərə alınaraq həll olunmalıdır.
Rusiya tərəfi vurğulayıb ki, nüvə proqramı ətrafında yaranan bütün məsələlər siyasi təzyiqlərdən uzaq, danışıqlar yolu ilə tənzimlənməlidir.
Tahir Turan
Globalinfo.az