3 18

Xəbər verdiyimiz kimi, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilir. Bu seçkilər təkcə hakimiyyət uğrunda mübarizə deyil, həm də ölkənin gələcək xarici siyasət kursu barədə referendum kimi qiymətləndirilir.

Globalinfo.az xəbər verir ki, Baş nazir Nikol Paşinyan yenidən mandat qazanmağa çalışır. O, Azərbaycanla sülh sazişinin imzalanmasını, Türkiyə ilə sərhədlərin açılmasını və Qərblə yaxınlaşmanı müdafiə edir. Müxalifətin əsas simalarından biri rusiyapərəst milyarder Samvel Karapetyan hesab olunur. O və tərəfdarları Paşinyanın siyasətini tənqid edir, Moskva ilə əlaqələrin gücləndirilməsini istəyirlər.

Seçki ərəfəsində Rusiya amili yenidən diqqət mərkəzinə düşüb. Belə ki, sosial mediada Ermənistandakı seçkilərlə əlaqəli maraqlı görüntü yayılıb. Kadrların Rusiyaya məxsus hava limanlarından birində çəkildiyi bildirilir və iddialara görə, şimal qonşumuz Ermənistanda baş tutacaq seçkilər üçün ölkədəki erməniləri kütləvi şəkildə səsverməyə göndərir.

Qeyd edək ki, görüntülərin nə vaxt və hansı məqsədlə çəkildiyi, eləcə də videodakı şəxslərin məhz seçkilərlə əlaqədar Ermənistana yollandığı barədə rəsmi təsdiq yoxdur.

Görüntüləri təqdim edirik:

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: