Qərbin Ermənistanda maliyyələşdirdiyi fərqli dairələr son günlər yeni informasiya kampaniyasına başlayıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Past” qəzeti yayıb.
Məlumata görə, bu kampaniyanın əsas hədəfi Qərb və onun təbliğat tezislərinin müdafiəsi üçün yeni impuls yaratmaqdır.
Qəzet son günlər ölkədəki anti-Rusiya tezislərinin uğurlu olmadığını, onun yerinə Qərbin kəskin tənqidinin başladığını yazıb:
“Qərara alınıb ki, kollektiv Qərbin əleyhinə çıxış edən hər kəsə kəskin müqavimət göstərilsin. Hazırda Qərb əleyhinə çıxış edən siyasi xadimlər və ekspertlərin səs yazılarının intensiv monitorinqi aparılır”.
İlkin Həsənov
Globalinfo.az