“Ermənistan Bakı–Tbilisi-Qars dəmiryol xəttinə qoşula bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Ermənistana böyük diqqət yetirilir. Biz erməni dostlarımızla tranzit imkanlarının inkişafı da daxil olmaqla, tərəfdaşlığımızı mümkün qədər dərinləşdirməyə hazırıq”, – Kobaxidze bildirib.
Onun sözlərinə görə, Gürcüstan regionun nəqliyyat və tranzit imkanlarının inkişafında Ermənistanla əməkdaşlığa böyük əhəmiyyət verir.
Bu açıqlama əsaslı modernləşdirmədən sonra Bakı–Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışından sonra verilib. Görülən işlər nəticəsində xəttin yükdaşıma qabiliyyəti 5 milyon tona qədər artıb.
Əliyar Xəlil