Rusiya bu mövzunu BMT-də müzakirəyə çıxarır – İki məqsəd

“Rusiya BMT Təhlükəsizlik Şurasında Qərbin Ukraynaya hərbi texnika göndərməsi mövzusunu müzakirəyə çıxarmaq istəyir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, müzakirələrin yanvarın 22-də keçirilməsi planlaşdırılır:

“Qəribə məntiqdir: Ukrayna ərazisinə müdaxilə et və sonra dünyadan tələb et ki, “hərbi texnika göndərməyin”. Kreml Ukraynaya hərbi texnika göndərən ölkələrə həm də demək istəyir ki, “işğalı bitirməyə imkan verin”.

Elxan Şahinoğlu

Rusiya Ukrayna şəhərlərini bombalamaq üçün İran və Şimali Koreyadan aldığı raketlərdən istifadə edir. Aydındır ki, BMT Təhlükəsizlik Şurasında Ukrayna əleyhinə qətnamənin qəbulu mümkün deyil. Kremlin məqsədi fərqlidir. Rusiya BMT-də irəli sürdüyü sənədə səsvermə keçirməklə iki məqsəd güdür:

Birinci məqsədi işğalçı müharibədə “haqlı” olduğunu göstərmək, ikinci məqsədi BMT üzvləri arasında müharibə ilə bağlı öz xeyrinə fikir ixtilafını dərinləşdirməkdir”.

Turan Rzayev
Globalinfo.az