BMT-dən ən tez zamanda bunu tələb edirik – Lavrov

“Rusiya və Misir hesab edir ki, BMT baş katibinin Liviya üzrə yeni xüsusi nümayəndəsi mümkün qədər tez təyin olunmalıdır”.

Globalinfo.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov misirli həmkarı Bədr Əbdül Ati ilə birgə mətbuat konfransında deyib.

S.Lavrov misirli həmkarı ilə ikitərəfli danışıqlarda da sözügedən təyinatın vacibliyini təkrar vurğuladıqlarını bildirib.

Rusiya XİN başçısı həmçini  BRİKS-ə üzv ölkələrin xarici işlər nazirlərinin bu ayın sonunda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüş keçirəcəklərini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az