68 pic 32ratio 900x600 900x600 38312

Rusiya ABŞ-ın Kubaya qarşı sanksiyalarını sərtləşdirməsini pisləyib və bu tədbirləri beynəlxalq hüququn pozulması adlandırıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Kuba hökumətinə hər hansı təzyiq elementləri qətiyyən qəbuledilməz və qanunsuzdur. ABŞ-ın sanksiyaları uğursuzluğa məhkumdur və Kuba xarici iqtisadi əlaqələri inkişaf etdirməyə davam edəcək”, – Zaxarova vurğulayıb.

Səbəb Donald Trampın Bayden administrasiyasının güzəştlərini ləğv etməsi və Havanaya qarşı sərt məhdudiyyətləri bərpa etməsi memorandumu olub. Sənəddə konkret sanksiyalar və mexanizmləri göstərilməyib.

Tahir Turan

Globalinfo.az

Paylaş: