zaxarova 1563

Rusiya-ABŞ münasibətlərindəki problemli məsələlər üzrə dialoqun davam etdirilməsi üçün Vaşinqtondan yeni təkliflər gözləyirik”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, danışıqların iki raundu artıq baş tutub, üçüncüsü planlaşdırılıb:

“Lakin ABŞ əvvəldən azılaşdırılmış vaxtda müzakirələrdə iştirak edə bilməyəcəyini bildirdi. İndi təmaslar davam edir və Moskva mümkün görüşün yeni tarixini gözləyir”.

Diplomat həmçinin xatırladıb ki, qarşılıqlı əlaqə digər kanallar – səfirliklər, eləcə də dövlət başçıları ilə xarici siyasət idarələrinin rəhbərləri arasında telefon danışıqları vasitəsilə davam edir.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: