
Rubio Ukrayna ilə bağlı danışıqlar üçün Londona getməyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus açıqlama yayıb.
“Dövlət katibi Rubio çox məşğul insandır. O, “ən” deyilsə belə, bu zamana qədərki dövlət katibləri arasında aktivlərdən biridir. Bu da, təbii ki, onun gündəlik həyatına təsir edir. Buna görə də müəyyən planlar olsa da, onlar şərti olur. Və bu halda da Londonda görüşlər davam etdiyi müddətdə o, danışıqlarda iştirak etməyəcək”, – o bildirib.
Bryus əlavə edib ki, London görüşündə Ukrayna üzrə xüsusi nümayəndə Kit Kelloq iştirak edəcək.
***
20:14
ABŞ Dövlət Departamenti Ukrayna ilə bağlı London görüşündə Rubionun iştirakını təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Temmi Bryus açıqlama yayıb.
“Mən də dövlət katibi ilə birlikdə Londona danışıqların davamında iştirak etmək üçün gedəcəyəm”, – o bildirib.
Qeyd edək ki, London görüşündə ABŞ ilə yanaşı Böyük Britaniya, Fransa və Ukrayna nümayəndələri iştirak edəcək. Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin rəhbəri Andrey Yermak, onun müavini Pavel Palisa, XİN başçısı Andrey Sibiqa və müdafiə naziri Rüstəm Umerov daxildir.
Aysel Əliyeva
Globalinfo.az