Rubio həmin siyahıdan çıxarıldı? – Zaxarova açıqladı

zaxarova 1423

Rusiya ABŞ dövlət katibi Marko Rubioya qarşı sanksiyaları ləğv etməyib.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Yayılan məlumatlar saxtadır”, – deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl dövlət katibinin Rusiya xarici işlər naziri Sergey Lavrovla danışmasından sonra ona qarşı sanksiyaların ləğv edildiyi iddia olunub.

Xatırladaq ki, Marko Rubionun 2022-ci ilin mayında Rusiyaya girişi qadağan olunub. O, şəxsi sanksiyalara məruz qalan ABŞ vətəndaşları siyahısına əlavə edilib.

Günay Rəsulqızı
Globalinfo.az