ronaldo

“Əl-Nəsr” klubu öz tarixində 10-cu dəfə Səudiyyə Ərəbistanı Pro Liqasının çempionluq kubokunu başı üzərinə qaldırıb.

Globalinfo.az Offsideplus.az-a istinadla xəbər verir ki, ​Kriştiano Ronaldu son turda “Damak” klubuna qarşı keçirilən həlledici oyunda dubl edərək komandasını qələbəyə daşıyıb və “Əl-Nəsr” forması ilə ilk liqa çempionluğunu qazanıb.

Bununla da portuqaliyalı superulduzun uzun müddətdir davam edən kubok həsrətinə son qoyulub.

​Sarı-göylər turnir cədvəlində son ana qədər gərgin mübarizə apardıqları əzəli rəqibləri “Əl-Hilal” klubunu qabaqlayaraq taxtın yeni sahibi olublar.

Qeyd edək ki, paytaxt təmsilçisi daxili çempionatda sonuncu dəfə 2019-cu ildə qələbə sevinci yaşamışdı.

Paylaş: