
“Rəsmi Londonun Rusiya gəmisinin Böyük Britaniyaya məxsus sualtı kommunikasiyalara təhlükə törətməsi barədə iddiaları əsassızdır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Birləşmiş Krallıqdakı səfirliyinin açıqlamasında deyilir.
“London və müttəfiqlərinin məsələ ilə bağlı yaratdığı təşviş Baltik və Şimal dənizləri regionunda gərginliyi artırmağa xidmət edir”, – deyə açıqlama qeyd olunur.
Xatırladaq ki, ötən gün Böyük Britaniya sahillərində Rusiyaya məxsus kəşfiyyat gəmisinin görünüb. Böyük Britaniyanın müdafiə naziri Con Hili bunu Rusiyanın sualtı infrastruktur barədə məlumat toplamaq cəhdi kimi qiymətləndirib.