Razıyıq, bu qədər ərazini Azərbaycana verək, əvəzində isə… – Paşinyan

Azərbaycanla sərhədin demarkasiyası prosesində referendum keçirilə bilər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, Azərbaycanla müəyyən razılıqların əldə olunmasının mümkünlüyündən danışıb:

“İndi Sovet İttifaqı dövründə mövcud olan sərhədlər bərpa olunur. Ola bilər ki, Ermənistanla Azərbaycan arasında yeni razılaşmanın əldə olunacağı məqam gələcək. Nə vaxtsa İrəvan və Bakı biz tərəfdən 100, Azərbaycan tərəfindən də 100 kvadratmetr ərazidən imtina etmə məsələsini müzakirə edə bilər. Lakin bu, referendum yolu ilə edilməlidir”.

Qeyd edək ki, Ermənistanda Azərbaycanın 4 eksklavı var. İrəvan isə Başkəndə iddia edir. Tərəflər hələ də bu ərazilərin necə delimitasiya və demarkasiya edilməsi ilə bağlı razılığa gəlməyiblər.

Zaira Akifqızı
Globalinfo.az